20 noyabr 1989-cu ildə BMT-nin Baş Məclisi tərəfindən qəbul edilmiş Uşaq Hüquqları haqqında Konvensiya uşaq hüquqlarının təmini istiqamətində standartları müəyyən edən və iştirakçı dövlətlərin üzərinə öhdəliklər qoyan mühüm beynəlxalq hüquqi sənəddir: "Bu il həmin Konvensiyanın Azərbaycan tərəfindən ratifikasiya edilməsinin 30 ili tamam olur. Uşaq hüquqları haqqında Konvensiyanın implementasiyası və BMT-nin Uşaq Hüquqları Komitəsi tərəfindən dövlətin dövri məruzələri üzrə verilmiş tövsiyələrin icrası məqsədilə ölkədə normativ-hüquqi bazanın və institusional strukturun təkmilləşdirilməsi, uşaqların müdafiəsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. Məlumatda bildirilib ki, ölkədə uşaq hüquqlarının müdafiəsi, təşviqi, pozulmasının qarşısının alınması, təmin edilməsi vəziyyətinin öyrənilməsi və pozulmuş hüquqların bərpası Ombudsmanın fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir. Bu baxımdan, Ombudsman tərəfindən hər il olduğu kimi 2022-ci ildə də Uşaq Hüquqları haqqında Konvensiyanın qəbul edilməsinin ildönümü ərəfəsində 20 oktyabr-20 noyabr tarixləri “Uşaq Hüquqları Aylığı” elan edilib. Elə bu münasibətlə Xocalı 4 nömrəli tam orta məktəbində dəyirmi masa təşkil olundu. Tədbirdə Məktəbin direktoru Vüsal Mustafayev, Məktəbdənkənar və sinifdənxaric işlərin təşkilatıçı müavini Əliyeva Şahnaz, UTBR - Minə Əsgərova çıxış etdilər. Uşaqlara diqqət və qayğı, uşaq hüquqlarının səmərəli müdafiəsi və təbliği haqqında geniş məlumat verdilər. Uşaqların şəxsiyyətinin formalaşmasında vacib olan faktorlar vurğulandı. Sonda şagirdlərində fikirləri dinlənildi.